Çirkli suyu içilə bilən hala gətirən maşın
Hər il dünyada milyonlarla insan susuzluqdan ya da çirkli su içdiyinə görə ölümə məhkum olur. Həyatın sağlam davam etdirilə bilməsi üçün ən lazımlı ehtiyaclardan olan təmiz sudur və təəssüf ki, təxminən 2 milyard insan təmiz suya həsrətdir.
Aparılan araşdırma və tədqiqatlar, çirkli suyu çox daha asan şəkildə içilə bilən hala gətirən bir sistem yaratdı. Avstraliyalı alimlər tapdığı bu yeni ixtira, bir çox ölkədəki milyonlarla insana təmiz su çatdırılması üçün təsirli olacaq. Sistem, suyun içərisindəki zərərli maddələri avtomatik qəbul edir və yalnız təmiz suyun o biri tərəfə keçməsini təmin edir. Mikroskopik nano kanalları olan cihaz, suyun tam olaraq təmiz bir şəkildə süzülməsi üçün xüsusi süzgəcdən keçir. "Graphair" adı verilən bu süzgəc o qədər təsirlidir ki, çox çirkli olması ilə məşhur olan Sidney limanındakı suyu belə, qısa müddətdə içilə bilən hala salır. Yeni icadın istifadə müddəti normal filterlərdən daha uzun yaşayır. Normal filterlərdə yığılan çirki cihaza zərər vurur, lakin bu yeni çıxarılan cihaz çirki içində saxlamır. Buna görə çox daha uzun müddət təmiz su çıxarmağa davam edir. Deyerler.org Oxşar xəbərlər
|