Seyid Həsən Nəsrullah: “İsrail rejiminin qırıcısı Bəşər Əsədin təlimatı ilə vuruldu”
Mьəllif: admin1
Tarix: 17-02-2018, 22:07
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: “İsrail rejiminin qırıcısı Bəşər Əsədin təlimatı ilə vuruldu”
Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrail rejiminə məxsus döyüş təyyarəsinin Bəşər Əsədin təlimatı ilə vurulduğunu qeyd edib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah fevralın 16-sı Beyrutda keçirilən “Müqavimət şəhidlərinin anım mərasimi”ndə çıxış edib: “İsrail rejimi ABŞ-ın prezidenti Donald Trampı bir fürsət kimi görür. Ona görə də, Qolan yüksəkliklərini tamamilə ələ keçirməyə çalışır.

ABŞ hələ də İŞİD-i bir vasitə kimi istifadə edir. Bu terror təşkilatının məğlubiyyətə məruz qoyulmasına baxmayaraq, ABŞ Suriyanın bəzi bölgələrini işğal etməyi planlaşdırır. Çünki Fəratın şərqində neft və qaz ehtiyatları var”.

Vaşinqtonun Suriyada kürdləri Suriyanın qanuni hökumətinə qarşı müharibədə alət kimi istifadə etdiyini deyən Seyid Həsən Nəsrullah, ABŞ rəhbərliyinin ən uyğun zamanda kürd müttəfiqlərini yarı yolda qoyacağını deyib.

Seyid Həsən Nəsrullah bildirib ki, Livanın təbii sərvətləri xalqa məxsusdur və əlavə olaraq dedi: “Bu gün Livan təbii sərvətləri hesabına iqtisadi inkişaf yolundadır. İşğalçıların əsas niyyəti dəniz sərhədlərinə sahib olmaqdır. Bu gün İsrail rejimi ölkəmizin sərhədlərində divar tikir. Hələlik münaqişəli ərazi adlandırdığı Livan torpaqlarında tikinti işlərini başlamayıb. Biz müqavimət olaraq sərhəd məsələsinə müdaxilə etmirik. Bu məsələ hökumətə aiddir. Lakin hökumətin Livan torpağı hesab etdiyi hər bir qarışı qorumağı özümüzə borc bilirik”.

Seyid Həsən Nəsrullah deyib ki, Livanın məsul şəxsləri şeytan ABŞ-a livanlılar arasında ixtilaf yaratmağa icazə verməməlidir və sözlərini belə davam etdi: “Ölkənin qurumları da əmanətdar, qorxmaz, məsuliyyətini dərk edən və əmin olmalıdırlar. Neft qaz işində güclü tərəf kimi çıxış etməliyik. Livan rəhbərləri də İsraili hədələyə bilər, necə ki, Tel-Əviv bunu edir. Livanın yeganə güc mənbəyi müqavimətdir. Ona görə ki, Livan ordusuna silah qadağandır. Bizdə lazimi güc, qorxmazlıq və dayanaqlıq var və düşmən bunu çox yaxşı bilir.”

Seyid Həsən Nəsrullah Trampın İraqı da neft ehtiyatları kimi gördüyünü bildirib: “Ancaq İraq xalqı bu məsələdən xəbərdardır. Tramp ABŞ-ın İraqdakı keçmiş səhvlərini təkrarlamaq istəmədiyini söyləmişdi. Ancaq baş verənlər onun iddialarının əksini göstərir.

Keçən həftə Suriyada baş verən hadisə yaxşı bir təcrübədir. İsrail rejiminin təyyarəsini vurmaq tapşırığını Bəşər Əsəd verdi. Bu Suriyanın verdiyi bir qərardı. İran və ya başqa bir ölkənin bu hadisədə rolu yoxdur. Suriya özünü müdafiə etmək hüququna malikdir.

Fələstinlilər ABŞ-ın Qüds qərarının əleyhinədir. Bundan sonra İsrail rejimi asanlıqla bir döyüşə girişə bilməz. Çünki hər hansı mümkün müharibədə qələbəyə nail olub olmayacağına heç vaxt əmin ola bilməz”.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031