Gürcüstan baş naziri: “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
Mьəllif: admin1
Tarix: 18-02-2018, 20:42
Bцlmə: Xəbərlər
Gürcüstan baş naziri: “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”
Bu haqda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Gürcüstana həsr olunmuş xüsusi tədbirdə bildirib.

Baş nazir deyib ki, Gürcüstan Cənub Nəqliyyat Dəhlizi və "İpək yolu" daxil olmaqla, Şərq-Qərb üzrə strateji təşəbbüsləri fəal olaraq dəstəkləyir: “Bizim hökumət Şərq və Qərb arasında yerüstü, dəniz və dəmir yolu ilə ticarətin inkişafına yönəlmiş infrastruktur sahəsində iddialı layihələrin təşəbbüskarıdır”.

G.Kvirikaşvili qeyd edib ki, hazırda Anaklia dərin dəniz limanının tikintisi də sürətlə aparılır: “Bu liman regionda gələcək investisiyalar və rifah üçün əsas olacaq”.
(APA)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031