Özbəkistanda ilk dəfə Qurani-Kərim çap olunacaq
Özbəkistanda ilk dəfə Qurani-Kərim çap olunacaq.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, xüsusi bir mətbəə tərəfindən ilkin mərhələdə 50 min ədəd Qurani-Kərim kitabının çap olunmasının planlaşdırıldığı bildirilib. Çapın qiraətlə bağlı qeydləri də özbək dilində olacaq. Özbəkistanda ilk dəfə Qurani-Kərimin çap edilməsinin 10 gün ərzində başa çatacağı qeyd olunub. Nəşriyyatın sahibi Məhəmməd İsmayıl belə bir açıqlama ilə çıxış edib: “Şeyx Məhəmməd Salih Məhəmməd Yusifin başlatdığı işi bu gün onun övladları, tələbələri davam etdirir. 50 min ədəd Qurani-Kərim çap olunacaq. Hazırda Qurana ehtiyacımız var. Yenidən çap etmək üçün də müraciət etmişik. İnşəAllah yaxın vaxtlarda xalqımızın əlində olacaq”. Özbəkistana Qurani-Kərim bu vaxta qədər həmişə digər müsəlman ölkələrindən gətirilirdi. Oxşar xəbərlər
|