Səid Həriri Ayətullah Sistani və Heydər əl-Abadiyə gizli məktub yazaraq bunu xahiş edib
Livan Baş naziri Səid Həriri İraq Baş naziri Heydər əl-Abadiyə və İraqın nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaniyə xüsusui məktub yazıb.
Bu barədə Səudiyyə Ərəbistanının "Al-Watan" qəzeti məlumat yayıb. Məlumata əsasən, Səid Həririnin göndərdiyi iki məktubun məzmunu gizli saxlanılıb. Qəzet iddia edib ki, Səid Həriri bu məktublarda Ayətullah Sistani və Heydər əl-Abadidən "Həşd Şabi" və xalq səfərbərlik qruplarının liderlərinin Livana səfərini dayandırmasını xahiş edib. Qeyd edək ki, "Əsaibul Əhləl Həqq" hərəkatının baş katibi Qeys əl-Xəzəli və "Nücəba" hərəkatının baş katibi ötən aylarda Livana səfər edərək, İsrail rejimi ilə sərhəddə olublar. Mənbə:/eastnews/ Oxşar xəbərlər
|