ABŞ-ın öz səfirliyini mayın 14-də Qüdsə köçürə bilər
İsrail rejiminin kəşfiyyat naziri Katz, ABŞ-ın İsrail rejimindəki səfirliyini mayın 14-də Tel-Əvivdən Qüdsə köçürəcəyini deyib.
Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Katz, sosial şəbəkədən verdiyi açıqlamasında belə deyib: “ABŞ-ın prezidenti Donald Trampı, ölkəsinin İsrail rejimindəki səfirliyini, İsrail rejimininin qurulmasının 70-ci ildönümündə köçürməsi qərarına görə təbrik edirəm. Bundan daha böyük hədiyyə yoxdur”. ABŞ qurumlarından isə, hələ ki məsələyə dair hər hansı açıqlama verilməyib. Qeyd edək ki, ABŞ-ın prezidenti Donald Tramp 2017-ci ilin dekabrın 6-sı Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıdığını bildirmişdi. Ancaq Trampın Qüds qərarını tənqid edən qətnamə layihəsi, keçən ilin dekabr ayında BMT Baş Assambleyasında ABŞ-ın təhdidlərinə baxmayaraq, 9-a qarşı 128 səslə qəbul edilmişdi. Oxşar xəbərlər
|