Yerə nəhəng asteroid yaxınlaşır
Beynəlxalq Astronomlar Birliyi planet üçün yeni təhlükə barədə məlumat yayıb.
Oxu.az xəbər verir ki, mütəxəssislərin məlumatına görə, Yerə VR12 2017 adlı nəhəng kosmik obyekt yaxınlaşır. Alimlər əmin edirlər ki, bu asteroidin zərbəsi “kosmik məhşər gününün” başlamasına səbəb ola bilərdi. Astrofiziklərin proqnozlarına görə, asteroidin planetlə maksimal yaxınlaşması martın 6-dan 7-nə keçən gecə qeydə alınacaq. Proqnozlara görə, ölçüsü 250-280 km olan kosmik cisim Yer planetinə toxunmamalıdır, lakin o şərtlə ki, heç bir şey uçuş trayektoriyasının dəyişməsinə səbəb olmasın. VR12 2017-nin təxmini sürəti 6,3 km/saniyə təşkil edir. Oxşar xəbərlər
|