Kürdlər bu məqsədlə Nəcəf şəhərinə səfər edərək Ayətullah Sistani ilə görüşəcəklər
Livanın "Al-Akhbar" qəzeti İraq kürdlərinin ölkənin nüfuzlu müctəhidi Ayətullah Seyid Əli Sistaniyə məktub yazması barədə məlumat yayıb.
Qəzetin yaydığı məlumata görə, məktubda Ayətullah Sistanidən Bağdad və Ərbil arasındakı problemin həllinə yardım etməsi xahiş olunur. Xəbərdə bildirilir ki, sabah kürdlərdən ibarət bir heyət Ayətullah Sistani ilə görüşmək üçün Nəcəf şəhərinə səfər edəcək. Qeyd edək ki, bu, İraq kürdlərinin Ayətullah Sistani ilə ikinci görüşü olacaq. Mənbə: /eastnews.org/ Oxşar xəbərlər
|