İsrail rejiminin həbsxanalarında 511 ömürlük cəza almış fələstinli var
Fələstin Əsirlərin Araşdırma Mərkəzi sionist İsrail rejiminin həbsxanalarında ömürlük həbs cəzası almış fələstinli əsirlərin sayının 511 nəfərə yüksəldiyini açıqlayıb.
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, mərkəzin sözçüsü Riyad Əl-Əşkar, Ofer Hərbi Məhkəməsinin bir neçə gün əvvəl Beytullahim şəhərinin sakinlərindən 22 yaşlı əsir Məhəmməd Sami Əl-İzzəyə ömürlük həbs cəzası verdiyini söyləyib. Əl-Əşkar İsrail rejiminin hərbi məhkəməsinin fələstinli əsiri 2016-cı ilin aprel ayında Qüdsdə sionistlərə məxsus avtobusa şəhid Əbdülhəmid Əbu Surur ilə birlikdə, partladıcı qoymaqda təqsirli bildiyi qeyd olunub. Məhkəmə Məhəmməd Sami Əl-İzzənin, həmçinin həbs edilmədən əvvəl İsrail rejiminin ordusunun patrul maşınına hücumda da iştirak etdiyi bildirib. Oxşar xəbərlər
|