Səəd Həriri yenidən Səudiyyə rejiminə səfər edəcək
Livanın baş naziri, istefaya məcbur edilib girov saxlanılan Səudiyyə rejiminə yenidən səfər etməsi barədə dəvət alıb.
Deyerler.org Əl-Aləm-ə istinadən xəbər verir ki, Səudiyyə rejimindən 17 gün sonra, Fransanın işə qarışması ilə, ölkəsinə geri qayıdan Həriri, dəvətə cavab verəcəyini söyləyib. Səəd Həriri Beyruta səfər edən Səudiyyə rejiminin kralı Salmanın səfiri, kral divanının müşaviri Nizar Alula ilə görüşəndən sonra verdiyi açıqlama ilə livanlıları bir daha narahat edib. Sünni siyasi blokunun lideri, Həririnin Səudiyyə rejimindən dəvət aldığını, görüşün müsbət keçdiyini, ən qısa zamanda dəvətə cavab verəcəyini söyləyib. Ərəbistanda bir sıra konfransda iştirak edəcəyini, bir çox rəsmilərlə görüşəcəyini və ərəb sammitinə qatılacağını söyləyən Həriri, belə deyib: “Livan ordusu gücləndirilməlidir və Hizbullahın silahları məsələsini dialoq yolu ilə həll etmək lazımdır, Livan üçün ən yaxşısı özünü müdafiə edən bir ordu olacaq”. Oxşar xəbərlər
|