Xərçəng metastazını önləyə biləcək yeni üsul
Mьəllif: admin1
Tarix: 3-03-2018, 10:08
Bцlmə: Xəbərlər
Xərçəng metastazını önləyə biləcək yeni üsul
İndiki dövrdə xərçənglə əlaqədar araşdırmalarda yaxşı nəticələr əldə edilməkdədir. Aparılan son araşdırmada xərçəngin yayılmasını və böyüməsinin qarşısının alınmasını təmin edəcək nəticələr əldə edildi.

Son dövrdə xərçəngin erkən mərhələlərdə inkişafını önləməyə və bədənin digər hissələrinə yayılmasını önləməyə istiqamətli araşdırmalar davam edir. Bu işlərin son nümunəsi Scripps Araşdırma Universitetində reallaşdırılan təcrübə oldu.

Bu ana qədər həyata keçirilən işlərdə hüceyrələrin böyüyüb inkişafının idarəsində vəzifə alan TGF-B zülalı hədəfə alınmışdı, lakin bu zülalın bloka edilməsinin bədəndə ciddi yan təsirlərə səbəb olduğu aydın olmuşdu. Bu yan təsiri ortadan qaldırmağı məqsəd qoyan elm adamları çarəni TGF-B-yə nəzarət edən zülalın yəni LTBP3-ün yaranmasına maneə törətməkdə tapıblar.

Mütəxəssislər daha sonra LTBP3 zülalın istehsalını maneə törətdiklərində öncül mərkəzdəki şişlərin metastaza uğramadığını müşahidə ediblər.

İşin qurucusu Elena Deryugina LTBP3-ün istehsalının maneə törədildiyi şişlərin fəaliyyətlərinin əhəmiyyətli ölçüdə azaldığına və bu sayədə xərçəng toxumasının böyümə-inkişafının da önlənə biləcəyini vurğuladı.

Mütəxəssislərə görə, yeni kəşfin tətbiqə keçməsilə birlikdə xərçəng hadisələrinin erkən mərhələdəki metastazının qarşısı alına biləcək və beləliklə sağ qalma nisbəti əhəmiyyətli ölçüdə artırıla biləcək.
Deyerler.org


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930