Peyğəmbərin (s) şəhəri Mədinədə moda müsabiqəsi keçirilib - Ali-Səudun gözü qarşısında
Mьəllif: admin1
Tarix: 7-03-2018, 14:51
Bцlmə: Xəbərlər
Peyğəmbərin (s) şəhəri Mədinədə moda müsabiqəsi keçirilib - Ali-Səudun gözü qarşısında
İslamın ikinci müqəddəs şəhəri Mədinədə qadın geyimləri üzrə keçirilən moda müsabiqəsi ciddi etirazlara səbəb olub.

İslaminSesi.info bu barədə əl-Aləm telekanalına istinadla xəbər verir.

Həm Səudiyyə daxilində həm də bir çox müsəlman ölkələrində alimlər və dini-ictimai fəallar buna ciddi etiraz edib və Peyğəmbərin şəhərinin bu kimi işlərdən uzaq saxlanılmasını tələb ediblər.

Tünisli dini-ictimai xadim Məhəmməd əl-Haşimi əl-Hamidi öz twitter səhifəsində yazıb:

“Rəsmi şəkildə tələb edirəm ki, Ali-Səudun iki müqəddəs hərəmə rəhbərliyi onlardan alınsın. Bu necə düşüncədir ki, qadın fikri və ağlı ilə deyil, üryan çiyinləri və bədənləri ilə rəsmi moda yarışında bayram edir və ən dəhşətlisi bunu Peyğəmbərin şəhərində edir?!”



Oxşar xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031