Ənsarullah liderindən müsəlman xanımlara mesaj
Yəmən inqilabının rəhbəri və Ənsarullah hərəkatının baş katibi Seyid Əbdülməlik Bədrəddin Əl-Husi Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə müsəlman qadınlara xitabən bir məktub dərc edib.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Seyid Əbdülməlik Əl-Husi məktubunda belə qeyd edib: “İslam ümməti bəşəriyyət ilə inancın bütün ölçülərini əks etdirən bu qadın nümunəsinə görə, şərəf duyub onunla fəxr etməlidir”. Ənsarullah hərəkatının baş katibi məktubunun davamında Amerika və sionist liderlərini tənqid edərək, bəşəriyyətin düşməni olan bu şəxslərin qadın kimliyini aradan qaldırıb, siyasi məqsədlər istiqamətində istifadə olunması üçün bir alətə çevirdiklərini qeyd edib: “Bu əxlaqsızlığın müdirləri qadını ictimai quruluşu məhv etmək üçün istifadə etmək istəyirlər”. Düşmənlərin müsəlmanlara qarşı “yumşaq müharibə”yə başladığını deyən Əl-Husi, əlavə olaraq bunları deyib: “Düşmən bununla da mədəni müharibə başladaraq, əxlaq və dəyərləri zədələməklə cəmiyyətin bünövrəsini məhv etməyə istiqamətlənmişdir”. Oxşar xəbərlər
|