Tehranın İmamcüməsi Qərbi tənqid etdi, fitnələri uğursuz adlandırdı və məmurlar üçün "vilayət prioriteti"ni yada saldı...
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu gün Tehranın imam cüməsi höccətülislam vəl-müslimin Kazım Siddiqi olub. O cümə namazı xütbələrində ABŞ və Avropa ölkəlıərinin İranın reqiondakı varlığından narahatçılığına toxunaraq deyib:
"Avropa ölkələrinin ABŞ-ın adından İrana regiondakı iştirakı üçün onlardan icazə almalı olduğunu demələri qəbuledilməzdir. İran bu günə kimi heç bir tərəfə müdaxilə icazəsi verməyib, bundan sonra da heç bir qüdrətə müdaxilə icazəsi verməyəcək." Siddiqi çıxışı zamanı bildirib ki, İranın regiondakı iştirakı ABŞ-ın regiondakı fitnəkar və pozğun iştirakını önləmək məqsədi daşıyır. İrana qarşı addımlara işarə edən höccətülislam Siddiqi "Ötən aylarda İranda iğtişaş və qiyam törətmək istiqamətindəki bütün fitnələr Allahın köməkliyi və İnqilab Rəhbərinin müdrikliyi ilə zərərsizləşdirildi.", -deyə bildirib. Sidiqi həmçinin, İslam peyğəmbərinin əziz qızı xanım Fatimənin(s.ə) mübarək mövlud günü və analar günü münasibəti ilə o həzrəti bəşəriyyət üçün bir nümunə adlandırıb: "Həzrət Zəhra(s.ə) kamil bir insan olaraq, humanist dəyərlərə əhəmiyyət verən hər bir insan üçün bir nümunədir." İmam cümə İranda bir ay öncə baş vermiş "hicabaçma aksiyası"nı tənqid edərək "İran xalqı bu cür aksiyalarla hicabdan imtina edən deyil". - deyə qeyd edib. İmam cümə bildirib ki, İran xalqı, qadınların hicabı ilə fəxr edir və buna qarşı bütün addımlara nifrət edir. (islamazeri.com) Siddiqi daha sonra bəzi məmurlara işarə edərək bildirib: "Vilayətdən qopan hər hansı bir məmur, xalqdan uzaq qalarkən dindar belə sayılmır. Beləcə, bu önəmli nöqtə bütün məsullarımıza birbaşa prioritet olmalı və ölkə xaricindəki əlaqələrinə nizam verməsinə səbəb olmalıdır." Oxşar xəbərlər
|