Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb
Mьəllif: admin1
Tarix: 10-03-2018, 10:43
Bцlmə: Xəbərlər
Gürcüstanın baş naziri Rusiya rəhbərliyini münasibətləri normallaşdırmağa çağırıb
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Rusiya rəhbərliyinə müraciət ünvanlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, G. Kvirikaşvili müraciətində bu ilin avqustunda 2008-ci il müharibəsinin 10 illiyinin tamam olacağını qeyd edib. Baş nazir bu faciəvi hadisənin gürcü xalqının düşüncəsində, Gürcüstan və Rusiya arasındakı münasibətlərdə dərin iz qoyduğunu bildirib: “Diplomatik əlaqələr kəsilib. Moskva tərəfindən Abxaziya və Tsxinvali bölgələrinin müstəqilliklərinin tanınması normal dövlətlərarası münasibətlərin qurulması ilə bağlı perspektivləri faktiki olaraq dalana dirəyib”.

G.Kvirikaşvili müraciətində Rusiya tərəfini münasibətləri tilsimlənmiş dairədən çıxarmaq üçün kiçik də olsa, düşünülmüş addımlar atmağa çağırıb: “Biz abxaz və osetinlərlə birbaşa dialoqa hazırıq. Siyasi iradə olacağı təqdirdə, digər düşünülmüş addımların da atılmasını mümkün hesab edirik”.

Baş nazir vurğulayıb ki, Rusiya ilə ticari-iqtisadi münasibətlər bərpa olunsa da, faciəvi hadisələr bu gün də davam edir: “Bu, Gürcüstan-Rusiya münasibətlərinin nizamlanması üzrə perspektivlərə xələl gətirir.

Sonuncu faciəvi nümunə Gürcüstan vətəndaşı Arçil Tatunaşvilinin Tsxinvalidə iki həftə öncə qeyri-müəyyən şəraitdə ölməsidir və onun meyiti Gürcüstan hakimiyyəti, patriarx və beynəlxalq ictimaiyyətin çoxsaylı səylərinə baxmayaraq, hələ də ailəsinə təhvil verilməyib”.

G. Kvirikaşvili Rusiya rəhbərliyini bugünkü gün və gələcək nəsillər qarşısında məsuliyyəti dərk edərək çətin vəziyyətin aradan qaldırılması üçün birgə addımlar atmağa çağırıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031