Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gedib
Mьəllif: admin1
Tarix: 12-03-2018, 14:22
Bцlmə: Xəbərlər
Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gedib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gedib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

G.Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovvə digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirilməsi planlaşdırılır.

G.Kvirikaşvili azərbaycanlı həmkarı Artur Rasizadə ilə görüşəcək, daha sonra iki ölkənin hökumət üzvlərinin iştirakı ilə geniş tərkibdə görüş keçiriləcək.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyətinə baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı nkişaf naziri Dmitri Kumsişvili, baş nazir müavini, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, palament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031