Ali dini rəhbər: “Şəhid Höcəci kimilər Allahın rəhmət göstərməsinə yol açıb”
İranın Xübrəqan Ekspertlər Məclisinin sədri və üzvləri martın 15-i ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei tərəfindən qəbul edilib.
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə etdiyi çıxışında, Xübrəqan Ekspertlər Məclisinin İslami nizamda mühüm bir mövqeyə malik olduğunu bildirib: “Bu məclis, eyni zamanda qabaqcıl alimlərindən ibarət olmaqla din ilə siyasətin canlı bir şəkildə bütövləşməsini təmsil edir”. İranın düşmənlərinin apardığı siyasi, iqtisadi, ictimai, mədəni və təhlükəsizlik müharibələri ilə mübarizə etdiyini vurğulayan ali dini rəhbər, belə danışıb: “Təbii ki, bəziləri buna etiraz edərək, bu müharibəni İran İslam Respublikasının başlatdığını düşünürlər. Lakin bu fikir doğru deyil və bir növ laqeyd yanaşmadır, çünki İslam Respublikasının ruhu ilə dini suverenliyi və İslami nizamın tövhid anlayışı, ictimai ədalət, zalımla mübarizə və məzlumların qorunmasını qarşısına məqsəd qoyan prinsipləri, din düşmənlərini müharibəyə əl atmasına istiqamətləndirir. Qurani-Kərim dəfələrlə işarə etdiyi kimi, haqq cəbhəsi, tarix boyu batil cəbhəsinin təcavüzünə məruz qalmışdır”. Allah-Təalanın daima haqq cəbhəsinin yanında olduğunu söyləyən ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, sözlərini belə davam edib: “İslam inqilabının qələbəsi və 8 illik müqəddəs müdafiə müharibəsində Allahın verdiyi dəstəyi və yardımlarına şahid olduq”. Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ ilə Sionist rejimin başlatdığı siyasi, iqtisadi, təhlükəsizlik və mədəni müharibələrə qarşı əldə olunan qələbələrin İran xalqının müqaviməti ilə birlikdə gənclərin malik olduğu təqva və inanc vasitəsilə əldə olunduğunu qeyd edib: “Xalqın göstərdiyi fədakarlıqlar və Şəhid Hocəci kimi, yeni yetişən nəsil, Allahın böyük miqyasda rəhmət göstərməsinə yol açıb. Dolayısı ilə inanc məsələsində cəmiyyətin inkişaf etdirilməsi zəruridir”. Ali dini rəhbər çıxışında daxili məsələlərə də toxunaraq, belə danışıb: “Təbii ki, xalqın məişəti və digər problemləri barədə məlumatımız var. Ölkədə həll olunmaz bir problemin olmadığına inanıram. İnşəAllah, qarşımızdakı bir neçə gün ərzində xalqımızla bu məsələlər haqqında danışacağam”. Oxşar xəbərlər
|