4 yaşlı qız Hindistanda Quran hifzi müsabiqəsində 2-ci oldu
4 yaşı olan Məhəmməd Əminə Hindistanın Andhra Pradeş ştatının Vicayavada şəhərində Qurani-Kərim Araşdırmaları üzrə Birləşmiş Forumun təşkil etdiyi Quran hifzi müsabiqəsində 15 000 rupi (Hindista pulu) qazanaraq, müsabiqədə ikinci olub.
Müsabiqə 12 yaşından aşağı uşaqlar üçün təşkil olunmuşdu və Məhəmməd Əminə "A" qrupunda (3-4 yaş qrupu) iştirak edərək pul mükafatını qazanıb. Camaate İslami Hind (JİH) təşkilatının Bhimavaram şəhərindəki ofisində qaliblərin mükafatlarla təlitif olunması mərasimi keçirilib. JİH-in şəhər komitəsinin sədri Şeyx İmtiaz, Əminənin valideynlərinə 15,000 rupi pul mükafatının çekini təqdim edib. “Qurani-Kərim Araşdırmaları üzrə Birləşmiş Forum uşaqlar arasında Müqəddəs Kitab haqqında bilik və maraq yaratmaq üçün illərdir Qurani-Kərim üzrə yarış keçirir”, - deyə Şeyx İmtiyaz bildirib. Deyerler.org Oxşar xəbərlər
|