Gürcüstanda kanat qəzasında 6 xarici vətəndaş yaralanıb, 2 nəfər ağır durumdadır
Gürcüstanın Qudauri dağ xizək kurortundakı kanat yolunda baş vermiş texniki qəza nəticəsində xəsarət alanların ikisinin vəziyyəti nisbətən ağırdır.
Onların baş nahiyəsində xəsarətləri və açıq sınıqları var. Xəsarət alanlar arasında 2 Ukrayna, 3 Rusiya, 1 İsveç və 1 Gürcüstan vətəndaşı var. Onların arasında hamilə qadının da olduğu bildirilir. Dövlət xəsarət alanların müalicəsini öz üzərinə götürəcək. Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb. İqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili hadisə yerinə yola düşüb. (APA) Oxşar xəbərlər
|