Dünyanı yeni təhlükə gözləyir – Alimlər xəbərdar etdi
Mьəllif: admin1
Tarix: 18-03-2018, 09:29
Bцlmə: Xəbərlər
Dünyanı yeni təhlükə gözləyir – Alimlər xəbərdar etdi
Qlobal istiləşmə 5 milyon insanın yaşadığı ərazilərin sel altında qalması ilə nəticələnə bilər.

İddia “Environmental Research Letters” jurnalında çap olunan məqalədə yazılıb.

“Bir çoxları Paris Sazişinin prinsiplərinə riayət etməyin iqlim fəlakətlərindən xilas olacağına inanırlar. Lakin biz bəşəriyyətin tez-tez daşqınlara məruz qalacağını sübut etdik.

Temperaturun 1.5 dərəcə artımı ilə dəniz səviyyəsi yüksəlməyə davam edəcək və 21-ci əsrin sonunda hər 5 ildən bir Nyu Yorkda Sendi qasırğası kimi qasırğalar baş verəcək.

2150-ci ilə qədər temperaturun 1,5-2 dərəcə qalxması 5 milyondan çox insanın yaşadığı əraziləri su altında qoya bilər. Buraya 60 minə qədər əhalisi olan kiçik ada dövlətləri də aiddir.

Əsrin sonuna yaxın temperaturun 1,5 dərəcə artması dənizlərin orta səviyyəsini 48 santimetr qaldıracaq. Temperatur 2 dərəcə artdıqda isə suyun səviyyəsi 56 santimetr artacaq”, – deyə məqalədə bildirilib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031