Avstraliyalı gənc İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
34 yaşlı avstraliyalı gənc Ceyms Lyu Bordman 5 illik bir araşdımadan sonra və İslam alimləri ilə daim ünsiyyət və müzakirələrdən sonra cəfəri fiqhi elmi əsasında İslam dinini qəbul edib.
Deyerler.org xəbər verir ki, Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəminin xarici ziyarətçi qurumunda kəlmeyi-şəhadət gətirərək İslam dinini qəbul edən avstraliyalı gənc Astan News-a müsahibəsində belə danışıb: “İslam və şiəliklə bağlı bir çox kitab oxudum və İslamın digər dinlərlə müqayisəsini edərək, İslamda dinin həqiqətini və illərdir axtardıqlarımı tapdım”. C.L.Bordman açıqlamasının davamında isə belə deyib: "Dünyanın əksər ölkəsində şiddətli islamofobik dalğa formalaşdırılıb və bu da yanlış təbliğata yol açıb və İslamın doğru bir şəkildə təqdimatına mane olmuşdur. Avstraliyada İslam haqqında doğru məlumat və xəbərləri almaq çətindir və bu həqiqi İslam dinini başqalarına izah etmək məsələsində üzərimə böyük vəzifə düşür. Xristianlıq və İslam dini arasında o qədər də fərq yoxdur. İslam İsa Məsihin (ə) dinini mükəmməlləşdirdi və İsa Məsihin (ə) gətirdiyi din İslam peyğəmbəri (s.ə.v.s) tərəfindən həyata keçirildi və əslində İslamın qədim dinlərin tamamlayıcısı olduğunu deyə bilərik”. Mühəndislik üzrə məzun olan 34 yaşlı avstraliyalı gənc Ceyms Lyu Bordman müsəlman olduqdan sonra özünə Əli adını seçib. İmam Rzanın (ə) mütəhhər hərəminin xarici ziyarətçi qurumunda yeni müsəlman olmuş avstraliyalı gəncə ingilis dilində Qurani-Kərim və bəzi mənəvi qiymətli hədiyyələr verilib. Oxşar xəbərlər
|