Fransada müsəlmanlar təcrid olunur
Mьəllif: admin1
Tarix: 23-03-2018, 20:57
Bцlmə: Xəbərlər
Fransada müsəlmanlar təcrid olunur
İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyası Fransada müsəlmanların digər dinə mənsub insanlarla müqayisədə daha çox təcrid olunduğunu açıqlayıb.

Deyerler.org Anadolu-ya istinadən xəbər verir ki, Le Monde qəzeti komissiyanın cəmiyyətdə irqçi və ksenofobik baxışları qiymətləndirdiyi illik hesabatına əsaslanaraq, xəbər hazırlayıb.

Xəbərdə, İnsan Hüquqları üzrə Milli Məsləhət Komissiyasının sədri Kristin Lazerges ölkədə İslama qarşı inamsızlığın olduğunu qeyd etdiyi bildirilib.

Xəbərdə islamofobiya hücumları haqqında məlumatlara da yer verilib və Mərkəzi Kəşfiyyat Xidmətinin keçən il 72 islamofobiya hücumunu qeydə aldığı vurğulanıb.

Bundan başqa, keçən il əvvəlki ilə nisbətən islamofobiya hücumlarında 7,5% artım olduğu qeyd olunub.

Komissiya sorğuda iştirak edən insanlara İslam barədə suallar verib. Sorğuda iştirak edənlərin 44%-i İslamın Fransanın kimliyi üçün bir təhlükə olduğunu və 61% iştirakçı hicabının cəmiyyətdə problem yaradacağını düşünür.

Hesabatda, Fransada müsəlmanların təcrid olmasının səbəbi kimi, dünyəviliyə və qadın haqlarına bağlılıq və ksenofobiya göstərilib.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031