Əllamə Ayətullah Həsənzadə Amuli xəstəxanaya yerləşdirilib
Tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən, Dini Elmiyyə Hövzəsinin müəllimi Əllamə Ayətullah Həsənzadə Amulinin səhhətində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
Maide.Az “İRNA”-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin Mazandaran əyaləti üzrə idarənin sözçüsü Fərzad Qohərdehi deyib. F.Qohərdehi deyib ki, Əllamə Ayətullah Həsənzadə Amulinin qəlbində yaranmış problemlə əlaqədar bazar günü Amol şəhərinin xəstəxanalarının birinə yerləşdirilib. “Onun durumu yaxşıdır, müalicəsi davam etdirilir.” O bildirib ki, Ayətullah Həsənzadə Amulinin xəstəxanaya yerləşdirilməsi onun müalicəsinin daha effektiv olması və həkim nəzarətində saxlanılması ilə əlaqədardır. Əllamə Ayətullah Həsənzadə Amuli kimi tanınan Həsən Təbəri Amuli 1928-ci ildə Amol şəhərinin Larican bölgəsində dünyaya göz açıb. O tanınmış müctəhid, filosof, hikmət və mərifət dahilərindən və Dini Elmiyyə Hövzəsinin müəllimidir. Həmçinin, Əllamə Ayətullah Həsənzadə Amuli ədəbiyyat, astronomiya, riyaziyyat və tibdə də çoxlu elmi nailiyyətlərə imza atıb. Oxşar xəbərlər
|