Nigeriya İslam Hərəkatı: “Şeyx Zəkzəkinin səhhəti daha da pisləşib”
Mьəllif: admin1
Tarix: 27-03-2018, 21:22
Bцlmə: Xəbərlər
Nigeriya İslam Hərəkatı: “Şeyx Zəkzəkinin səhhəti daha da pisləşib”
Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri və Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəkinin səhhəti sürətli şəkildə pisləşir.

Deyerler.org İMNİG-ə istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatı Şeyx Zəkzəkinin səhhətinin daha da pisləşməsinə baxmayaraq, hökumətin onunla bağlı oyun oynamağa davam etdiyini qeyd edib.

Nigeriya İslam Hərəkatının yaydığı bəyanatda qeyd olunub: “Son bir neçə gündür liderimiz Şeyx İbrahim Zəkzəkinin səhhətinin daha da pisləşməsi barədə xəbərlər alırıq və hökumət də ona lazım olan təcili tibbi yardımı göstərməkdən imtina edir.

İki ildən artıq bir müddətdir aldığı güllə yarası səbəbilə şeyxin sol gözünün görmə qabiliyyəti itib və digər gözü də bu təhlükə ilə üzləşə bilər.

Bundan başqa, bu ilin yanvar ayında ağır insult keçirməsi və psixoloji travması da, qeyri-qanuni həbsdə saxlanılması və lazım olan ehtiyaclarının qarşılanmamasından irəli gəlir.

O gündən etibarən səhhəti tam bərpa olunmayıb. Hökumətin laqeyd yanaşması, sadəcə qəbuledilməzdir.

Bu narahatedici vəziyyətə baxmayaraq, hökumət hələ də Federal Ali Məhkəmənin Şeyx Zəkzəkinin azadlığa buraxılması ilə bağlı qərarını icra etməkdən imtina edir.

Eyni narahatlıqları Şeyxin həyat yoldaşının səhhəti ilə bağlı da qeyd edə bilərik. Onun da səhhəti getdikcə ağırlaşır.

Federal hökumət Şeyxin və həyat yoldaşının həbsi vaxtı baş verən hər şeydə birbaşa məsuliyyət daşıyır. Bu hökumətə, həqiqətən bir neçə dəqiqəlik açıq həqiqəti söyləmək lazımdır.

Hökumətin qanunun aliliyi ilə fəaliyyət göstərməsinə dair məsuliyyətlərini yerinə yetirməyə çağırırıq. İnsan haqları müdafiəçiləri, beynəlxalq ictimaiyyət və təşkilatlar da Şeyx və həyat yoldaşının azadlığına qovuşması üçün daha çox səy etməsini istəyirik”.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031