“Məscidül-Həram”da zəm-zəm quyusunun təmiri başa çatdı
Məkkədə müqəddəs “Məscidül-Həram”da yerləşən zəm-zəm quyusunun şəraitinin təkmilləşdirilməsi üçün həyata keçirilən işlər yekunlaşıb.
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, layihədə çərçivəsində quyunun suyunun daşınması üçün müxtəlif kanalların inşası, ətrafını daha da gözəlləşdirilməsi, “Məscidül-Həram”ın bünövrəsindəki beton və dəmirin quyuya təsirinin azaldılması həyata keçirilib. İşlər yekunlaşdığı üçün “Kəbə” ətrafındakı dəmir maneələr götürülüb. Qeyd edək ki, layihəyə 28 oktyabr 2017-ci ildə start verilmişdi. Oxşar xəbərlər
|