Gürcüstan bu il 8 milyondan çox turist gözləyir
Mьəllif: admin1
Tarix: 30-03-2018, 09:49
Bцlmə: Xəbərlər
Gürcüstan bu il 8 milyondan çox turist gözləyir
“2018-ci ildə Gürcüstana səfər edəcək əcnəbi ziyarətçilərin sayının 8 milyon nəfərdən çox olacağına əminəm”.

Bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkənin Milli Turizm Administrasiyasının 2017-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.

Baş nazir bildirib ki, turizm sahəsi Gürcüstan iqtisadiyyatının əsas lokomotivinə çevrilib: “2017-ci ilin məlumatına əsasən, ölkəyə 7 milyondan çox əcnəbi səfər edib və turizmdən əldə olunan gəlir 2 milyard 700 milyon dollar təşkil edib”.

G.Kvirikaşvili qeyd edib ki, hökumət turizm sahəsinin inkişafı istiqamətində səylərini davam etdirəcək və mövcud pozitiv trend gələcəkdə də qorunub saxlanacaq.
(APA)
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930