Gürcüstan hökumətində kadr dəyişikliyi baş verib
Gürcüstanın regional inkişaf və infrastruktur naziri Zurab Alavidze vəzifəsini tərk edib.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili keçirdiyi brifinqdə deyib. O bildirib ki, Z. Alavidze öz istəyi əsasında istefa verib. Z. Alavidzenin yerinə hökumət administrasiyasının rəhbəri Maya Tskitişvili təyin olunub. Qeyd edək ki, Z.Alavidze 2016-cı ilin noyabrında regional inkişaf və infrastruktur naziri təyin olunub. M. Tskitişvili isə 2012-ci ilin noyabrından hökumət administrasiyasının rəhbəri vəzifəsini tutub. Oxşar xəbərlər
|