İraq `Ərbəin` yürüşü üçün YUNESKO-ya müraciət etdi
Mьəllif: admin1
Tarix: 31-03-2018, 22:18
Bцlmə: Xəbərlər
İraq `Ərbəin` yürüşü üçün YUNESKO-ya müraciət etdi
İraq hökuməti "Ərbəin" mərasiminin YUNESKO tərəfində mədəni irs siyahısına salınmasını istədi.

Maide.Az "Farsnews"a istinadən xəbər verir ki, bu barədə İraqın BMT-dəki daimi nümayəndəsi tərəfindən YUNESKO-ya məktub ünvanlanıb.

Qeyd edək ki, bundan öncə İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzi Ərbəin Ziyarətini YUNESKO-da mədəni irs kimi qeydiyyata almağı planlaşdırıldığını demişdi.

Mərkəzin sədri Əbdül-Əmir Əl-Qorəşi demişdi ki, biz çalışırıq ki, Ərbəin ziyarətini İraqın mədəni irsindən bir parça kimi YUNESKO-da qeydiyyata alaq.

“Bu mərkəz Avropa, Asiya, İran və Almaniya Universiteti ilə bu sahədə geniş kordinasiyalı müzakirələr aparmışıq. İstəmişik ki, Ərbəin ziyarətinin bütün cəhətlərdən o cümldən xidmətləri, tibbi, ictimai, iqtisadi və inanc baxımından araşdırılsın, həmçinin zəvvarların qarşısında olan problemlərin həll edilməsi və insani dəyərlərin gücləndirilməsinin araşdırılmasını istəmişik”.

Qeyd edək ki, Həzrət İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə hər il milyonlarla imam Hüseyn (ə) aşiqi dünyanın müxtəlif yerlərindən İraqa səfər edir və Kərbəlaya piyada yürüş təşkil edir. Ötən il bu yürüşdə 27 milyon nəfərin iştirak etdiyi bildirilir.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031