Tikmə Quran - hindistanlı qadının 32 illik zəhməti
Hindistanın qərbində Gujarat əyalətində Nəsim Ahtar adlı xanım 32 il uzun zəhmətdən sonra Quranın tikmə (müxtəlif növ sap, parça, muncuq, pilək və s. bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma) üslubu ilə nüsxəsini hazırlayıb.
Maide.Az “İQNA”-a istinadən xəbər verir ki, hindistanlı qadının əl işi daha gözəl və qiymətli dəyərləndilirib. O, tikmə üslubu ilə hazırladığı Quran nüsxəsini Ginnesin Rekordlar Kitabında qeydiyyata alınacağına ümid edir. Tikmə üslubu ilə hazırlanan Quran üçün 12 rulon parça istifadə edib. Eni 45 inc (hər inc təqribən 2.54 cm) və uzunluğu 900 incdir. Bu Quranın hər iki sətrinin tikmə ilə işlənməsi bir günə başa gəlib. Oxşar xəbərlər
|