Sionistlər İbrahim peyğəmbərin (ə) qəbri olan məscidə hücum etdi
Sionistlər Fələstinin Əl-Xəlil şəhərində İbrahim peyğəmbərin (ə) qəbrinin olduğu İbrahimin Əl-Xəlil məscidinə qarşı hörmətsizliklərini davam etdirir.
Yüzlərlə sionist İbrahim peyğəmbərin (ə) qəbrinin olduğu İbrahimin Əl-Xəlil məscidinə hücum edərək, burada Talmud ayinini yerinə yetiriblər. Müqəddəs yerlərə qarşı nalayiq hərəkətlərini davam etdirən sionistlər, məsciddə rəqs edib, mahnı oxuyublar. Yəhudilərin Pesah bayramının qeyd olunduğu bu günlərdə sionistlər iki gün ərzində Əl-Əqsa məscidinə də hücum etmişdilər. Təqribən 275 sionistin Əl-Əqsa məscidinə Mərakeş qapısından girərək, orada təxribatçı hərəkətlər edib, mahnı söylədikləri və Talmud ayinini yerinə yetirdikləri bildirilib. Deyerler.org Oxşar xəbərlər
|