Qızının dili ilə Şeyx Zəkzakinin son sağlamlıq vəziyyəti
Mьəllif: admin1
Tarix: 11-04-2018, 14:41
Bцlmə: Xəbərlər
Qızının dili ilə Şeyx Zəkzakinin son sağlamlıq vəziyyəti
İslaminSesi.info-nun Tasnim-ə istinadla verdiyi məlumata görə, Nigeriya İslam Hərəkatının lideri, din xadimi Şeyx İbrahim Zəkzakinin qızı Suheyla Zəkzaki dünən Əl-Əhd saytına verdiyi açıqlamada atasının göz xəstəliyinə tutulduğunu bildirib.

Suheyla Zəkzaki qeyd edib ki, Şeyx Zəkzakinin göründə qlaukoma xəstəliyi artan mərhələdədir və həkiminə onu müalicə etməsi üçün icazə verilmir.

Nigeriyanın şiə müsəlmanlarının və Nigeriya İslam Hərəkatının lideri 2 ildən çox müddətdir ki, məhbus saxlanılır.

Nigeriya xalqı Şeyx Zəkzakinin azad edilməsi üçün etiraz aksiyalarına davam edir.

Qeyd edək ki, 2015-cı il dekabrın 12-də Nigeriya ordusunun Şeyx Zəkzakinin evinə etdiyi silahlı hücum zamanı onlarla müsəlman öldürülmüş,

Şeyx Zəkzaki və həyat yoldaşı yaralanaraq saxlanılkmışdı. Nigeriya höküməti Şeyx Zəkzakiyə saxlanıldığı müddətdən iki il sonra ilk dəfə olaraq yanvarın 13-də Abuca şəhərində mətbuat nümayəndələrinin qarşısına çıxmağa icazə vermişdi.

Buradakı çıxışı zamanı Şeyx İbrahim Zəkzaki dəstəklərinə görə Nigeriya xalqına təşəkkür etmiş və müalicə olmasına icazə verildiyini bildirmişdi.

Nigeriya İslam Hərəkatının lideri, həmçinin bunları qeyd etmişdi: "Bundan əvvəl hərbi həkimlər tərəfindən müalicə görürdüm. Lakin artıq keçmiş həkimimin yanında müalicə almaq icazəsi aldım. Xalqın duaları sayəsində vəziyyətim yaxşılaşır".

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031