Almaniya hökuməti hicab qadağasına müsbət yanaşmır
Almaniya hökuməti Şimali Reyn-Vestfaliya əyalətinin uşaqlara hicab qadağası qoymasına müsbət yanaşmır.
Deyerler.org Deutsche Welle-yə istinadən xəbər verir ki, Almaniyanın miqrasiya, qaçqınlar və uyğunlaşma üzrə dövlət naziri Annette Vidmann-Mauz, Şimali Reyn-Vestfaliya əyalətinin 14 yaşdan kiçik qız uşaqlarına hicab qadağası qoyulması planları ilə bağlı açıqlama verib. Die Welt qəzetinə müsahibə verən nazir, uşaqlara hicab qadağası qoyulmasının zəruriliyini dərk etdiyini, ancaq bu məsələdə konstitusiyaya uyğun problemlərin yarana biləcəyini deyib: “Belə bir hicab qadağası problemləri həll etməyəcək. Mühüm olan özümüzə bu çətin məsələlərin üzərinə necə gedə biləcəyimizi soruşmaqdır. Ailələrə getməliyik və qız uşaqlarını öz qərarlarını verə biləcək vəziyyətə gəlmələri üçün gücləndirməliyik”. Almaniyanın Ayrı-seçkiliklə Mübarizə İdarəsinin direktoru Kristin Lüders də hicab kimi, bəzi dini rəmzlərin qadağan edilməsi barədə xəbərdarlıq edib: “Müsəlmanların bağladığı hicabı məktəblərdə qadağan etmək istəyənlər, bu cür uyğunlaşma problemini həll etməyəcək. Əksinə tələbələrin ayrı-seçkiliyə və təcrid olunmağa məruz qaldıqları duyğusunu hiss etmələrinə təkan verəcək”. Lüders, həmçinin məktəblərdə tətbiq olunacaq hicab qadağasının xaç və ya kipa kimi, digər dini rəmzlərin qadağan edilməsi kimi, nəticələri özü ilə birlikdə gətirəcəyini deyib. Oxşar xəbərlər
|