Bin-Salman İranla ədavətin əsas səbəbini açıqladı: Onlar Mehdini gözləyirlər
“Onlar dünyanı tutacaq Mehdini gözlədiklərini deyirlər. Belə düşüncədə olan ölkə ilə necə danışıq aparmaq olar”
İslaminSesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın bir müddət öncə verdiyi müsahibəsinin bəzi hissələri yayımlanıb. O burada İranla aparılan ədavətin ən əsas səbəbini belə açıqlayıb: “Bu rejim ifratçı bir ideologiya (Məhdəviyyət) üzərində qurulub. Bu onların konstitusiyasında və Xomeyninin vəsiyyətində var. Onlar söz veriblər ki, müsəlmanları və islam dünyasını ələ keçirməklə və cəfəri məzhəbini və on iki imamilik düşüncəsini onlara xas olan şəkildə yaymaqla Mehdinin zühurunu gözləsinlər və onunla birgə olsunlar. Bunu necə başa düşmək olar?!. Bizim hər hansı bir dövlətlə problemimiz varsa onu danışıb həll edərik. Amma bu düşüncə ki gözlənilən Mehdi zühur edəcək və bunlar da onun zühuru üçün şərait yaratsınlar və sonra islam dünyasını ələ keçirsinlər, bu düşüncəli insanlarla müzakirə aparmaq olar?!” deyə, Bin-Salman islamın (məzhəbindən asılı olmayaraq) ən əsas təməl düşüncələrindən biri olan dünyanı ədalətlə dolduracaq Mehdinin zühurunu inkar edib. Oxşar xəbərlər
|