Suriyadakı son əməliyyata 240 milyon dollar xərclənib - Raketin biri 1 milyon 590 min dollardır
Hərbi mütəxəssislərin hesablamalarına görə ABŞ, Böyük Britaniya və Fransanın Suriyada həyata keçirdiyi son əməliyyatın dəyəri 240 milyon dollardır.
“Qafqazinfo”nun xaici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş Qərargahı Əsas Hərəkət Dairəsinin rəisi, ordu generalı Sergey Rudskoy bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı Dəməşqə 103 raket atılıb: “Onların 71-i Eusiya hərbi hava sistemi tərəfindən zərərsizləşdirilib”. Rudskoy əlavə edib ki, ABŞ müttəfiqləri ilə Suriyadakı hədəfləri Aralıq dənizindəki gəmilərdən aldığı “Tomahawk” raketləri ilə vurub və hər bir raketin dəyəri 1 milyon 590 min dollardır. Oxşar xəbərlər
|