Nigeriya polisi Şeyx Zəkzəki tərəfdarlarından 1 nəfəri həlak etdi, 40 nəfəri yaraladı
Nigeriya polisinin aprelin 16-sı paytaxt Abucada “Şeyx Zəkzəkiyə azadlıq!” şüarı ilə keçirilən dinc etiraz aksiyasına qarşı güc tətbiq etməsinə baxmayaraq, nigeriyalı Əhli-Beyt (ə) ardıcılları öz liderlərinin azad edilməsini tələb etmək üçün bu gün yenidən mitinq keçirib.
Deyerler.org xəbər verir ki, Nigeriya İslam Hərəkatı (İMN) Şeyx Zəkzəkinin səhhətinin pisləşməsi barədə açıqlama verməsindən sonra artıq 98 gündür xalq paytaxt küçələrini boş qoymur və hökumətdən Şeyx Zəkzəkinin qeyd-şərtsiz və dərhal azadlığa buraxmasını tələb edir. Şeyx Zəkzəkinin tərəfdarlarının Nigeriya İnsan Haqları Komissiyasının binası istiqamətində keçirdiyi yürüş mitinqi Nigeriya təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulub. Hücum nəticəsində dinc etirazçılardan 40 nəfərin yaralandığı, bir nəfərin isə şəhid olduğu bildirilib. İndiyə qədər 230 etirazçının həbs edildiyi açıqlanıb. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı qaynar sudan istifadə etməklə su şırnaqları ilə, həqiqi güllərlər və zəhərli kimyavi qaz bombaları ilə müdaxil edib. Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa belə bir bəyanatla çıxış edib: “Biz 2.5 ildən artıqdır ki, öz etirazlarımızı dinc formada keçiririk və artıq buna dünya da inanır. Nigeriya rəhbərliyi bu hücumla bizi təcavüzkar kimi qələmə vermək istəyir. Halbuki bu belə deyil. Biz bir daha bəyan edirik ki, Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzəki azadlığa buraxılana qədər öz etiraz aksiyalarımızı dinc formada davam etdirəcəyik. Güc tətbiqi, həbs və işgəncələr bizi getdiyimiz yoldan döndərə bilməz”. Oxşar xəbərlər
|