Əməl dəftərimizin İmama (ə.f) təqdim edilməsini kaş unutmayaydıq...
"Ona görə də bəzən həftədə ən azı iki dəfə qorxuram ki, Allah eləməmiş elə bir iş görəm ki, Allaha çatdırılsın və İmam (ə.f.) da mənim bu işimə görə xəcalət çəksin".... Biz daima Allah Təalanın və Onun hüccəti olan Məsum İmamımızın (ə) nəzarəti altındayıq. Uşaqlıqdan bizi başa salıblar ki, əgər pis iş görsən, sol çiynində əyləşən mələk onları yazacaqdır. Əgər yaxşı iş görsən, sağ çiynində əyləşən mələk onu yazacaqdır. Sonra da onları Allah Təalaya və Məsum İmama (ə.f) təqdim edəcəklər. (Tebyan) Arif deyir: "Ona görə də bəzən həftədə ən azı iki dəfə qorxuram ki, Allah eləməmiş elə bir iş görəm ki, Allaha çatdırılsın və İmam (ə.f.) da mənim bu işimə görə xəcalət çəksin". İmam (ə) - o kəsdir ki, peyğəmbərlərin xüsusiyyətlərinə malik olar. Yalnız bir fərqlə ki, İmama (ə) vəhy çatmaz. İmam (ə) - Peyğəmbərə (s) vəhy olmuşları insanlara çatdırar. Ona görə də İmam (ə) da Həzrət Peyğəmbər (s) kimi ümmətin rəhbərlik vəzifəsini boynuna götürər. Hər bir müsəlmanın İmama (ə) itaət etməsi vacibdir. İmam (ə) - kamil insandır ki, insanları hidayət etmək üçün gələr. İnsanların vəzifəsi budur ki, İmamın (ə) əmr etdiyi kimi rəftar və əməl etsinlər. Kiçik qeyb zamanında İmam Zaman ağaya (ə.f) yardım edən naiblər, yəni köməkçilər var idi və İmam (ə.f) onların vasitəsilə insanlarla rabitə yaradardı. Ancaq indi böyük qeyb zamanında bu naiblər yoxdur. Ona görə də hər birimizin vəzifəsi budur ki, İmamın (ə.f) əmri necə çatıbsa, yəni Peyğəmbərimizin (s) sünnəti necədirsə, dəqiq o cür əməl edək. Bunu da bizə çatdıran – mərcələrdir. Yəni, heç bir çətinliyimiz əslində yoxdur. Mötəbər hədislərin birində oxuyuruq ki, bütün müsəlmanların işləri Peyğəmbərə (s) və Məsum İmamlara (ə) nazil olar. İndi Məsum İmamlardan (ə) Həzrət Qaim (ə.f) sağ olduğu üçün ona təqdim olunar. İmam Sadiq (ə) buyurur: "Cümə axşamı günü insanların əməli Peyğəmbərə (s) və Məsum İmamlara (ə) təqdim edilər". Bizim əməllərimiz Həzrət Qaimə (ə.f) təqdim olunur və ona görə də İmam (ə.f) bizim hər işimizdən xəbərdar olar. Hədislərdə oxuyuruq ki, Qiyamət günü əməl dəftərimiz dövrümüzün İmamına (ə.f) təqdim olunacaqdır. Ona görə də İmam Zaman ağa (ə.f) bizim əməllərimizə bu dünyada nəzarət edər. Allah bizi o gündən qorusun ki, əməl dəftərimizi İmama (ə.f) təqdim edən zaman onu xəcalətli edək. Allahın mələklərinin yanında başıaşağı olsun. Desin ki: "Bunlar mənim davamçılarımdır, bunlar mənim dostlarımdır. Ancaq Allahın əmrinə qarşı əməl ediblər". Əməl dəftərimiz Allaha və İmama (ə.f) çatmazdan əvvəl özümüz ona bir nəzər salaq. Ona görə də İmama (ə.f) deyək: "Mövlam, sərvərim! Hər gün saleh əməl edəcəyimizi qərara alırıq, ancaq şeytana qələbə çalmaq üçün və keçmiş günahlarımızı cubran etmək üçün sizin xüsusi nəzərinizə ehtiyacımız vardır. Belə deyirlər ki, əsrin İmamı (ə.f) Allahın izni ilə insan nəfsinə nüfuz edə bilir. Biz də sizdən istəyirik ki, nəfsimizə nüfuz edəsəniz və onu hara məsləhət bilirsiniz, çəkəsiniz. Bunu bilin ki, biz sizin davamçınız olmaqla fəxr edirik, ona görə də sizin xüsusi inayətinizə şamil olacağımızı ümid edirik". /Deyerler.org/ nardaranpiri.com Oxşar xəbərlər
|