Kanadalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 25-04-2018, 21:32
Bцlmə: Xəbərlər
Kanadalı gənc İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etdi
Kanadalı gənc Qurteh Sanik Bahati Məşhəd şəhərində İmam Rzanın (ə) mütəhhər hərəmində İslam dinini qəbul edərək, müsəlman olub.

Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, 29 yaşlı Hindistan əsilli Kanadanın Toronto Universitetində bədən tərbiyəsi fakültəsinin məzunudur. Bahati Qüds Rəzəvi ostanının xarici ziyarətçilər idarəsinə gəlib, burada kəlimeyi şəhadət deyərək, cəfəri fiqh elmi əsasında İslam dinini qəbul edib.

Müsəlman olduqdan sonra da adını Əmir Əli olaraq dəyişdirən kanadalı gənc, Asdan News-a müsəlmanlığı necə qəbul etməsi barədə danışıb: “Məni İslam dininə cəlb edən ən böyük amil Qurani-Kərim və bu səmavi kitabın öyrətdikləridir. Bu səmavi kitabla tanış olmaq həyatımın ən cazibədar və ən gözəl hissəsi sayılır”.

Qurani-Kərim ayələrini tilavət edəndə daxilində böyük bir sakitlik və düşüncə rahatlığını hiss etdiyini deyən Bahati, sözlərini belə davam etdirib: “Qurani-Kərimi tərcüməsi ilə birlikdə oxuyanda bu səmavi kitaba daha da heyran oluram və ayələrinin üzərində düşünməyi həyatıma işıq salacaq bir iş kimi görürəm.

Hicab və İslamın qadına baxışı, mənim İslam dinini qəbul etməyimin digər bir səbəbidir. Bu din qadına bir əşya kimi baxılmasına imkan vermir və qadınların ictimai mühitdə aktiv olmaq imkanı var”.

Mərasimin sonunda kanadalı gəncə Qurani-Kərim kitabı, İslamı qəbul edənlərin həyat hekayəsi, namaz qılmaqla bağlı əhkam kitabı, İmam Rzanı (ə) tanıdan ingilis dilində kitab, səccadə və bəzi digər mədəni hədiyyələr verilib.



Deyerler.org
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031