Əli Əkbər Vilayəti: “Fələstinli alimlərə hücum sionist rejimin sonunu sürətləndirəcək”
Beynəlxalq İslami Oyanış Assambleyasının baş katibi Əli Əkbər Vilayəti fələstinli alim Fadi Əl-Bataş və müsəlman millətlərini oyandıran fələstinli alimlərə qarşı həyata keçirilən sui-qəsdlərin sionist İsrail rejiminin süqutunu sürətləndirəcəyini qeyd edib.
Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Əli Əkbər Vilayəti bəyanatında, demokratiyanı müdafiə etdiklərini iddia edən Amerika və Qərb dövlətlərinin İsrail rejiminə hər sahədə verdiyi dəstəklərinə toxunaraq, belə deyib: “Sionist rejimin zülmündən xilas olmaq üçün fələstinli liderlər, mücahidlər və şəxsiyyətlərin şəhid olmasından sonra, bu dəfə günahsız və məzlum bir alim sadəcə fələstinli olması günahı ilə sui-qəsdə məruz qaldı. O, məscidə gedən yolda 10-dan çox güllə ilə şəhid edildi”. Oxşar xəbərlər
|