Əl-Həşduş Şəbi: "Saleh Əl-Samad bütün İslam ümmətinin şəhididir"
İraqın Əl-Həşduş Şəbi qüvvələrinin komandirinin müavini Əbu Mehdi Əl-Mühəndis, yazılı bir bəyanat verərək, Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əl-Samadın şəhid edilməsi münasibətilə Ənsarullah hərəkatına və Yəmən xalqına başsağlığı verib.
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Əbu Mehdi Mühəndisin bəyanatında belə qeyd edib: "Şəhid Saleh Əl-Samadın təkcə müqavimətin və Yəmən millətinin şəhidi deyil. O, eyni zamanda vəhabilik, terrorizm və müttəfiqlərinin qarşısında müqavimət göstərən bütün İslam ümmətinin şəhididir. Biz İraqda Saleh Əl-Samadın bizim də şəhidimiz olduğuna inanırıq və onun bizim yanımızdakı yeri şəhidlərimizin yeri ilə eynidir. Bu böyük liderin və komandanın qatili, Yəmən xalqının iradəsini heç vaxt zəiflədə bilməyəcək. Yəmənin Səudiyyə rejiminin şərindən xilas olması və müstəqiliyinin yolu heç vaxt bağlanmayacaq, əksinə müqaviməti daha da alovlandırıb, gücünə güc qatacaqdır". Oxşar xəbərlər
|