Ayətullah Xamenei: Regionu tərk etməli biri varsa, o, ABŞ-dır...
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün səhər minlərlə fəhlə və zəhmətkeşlərlə - istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşüb.
Maide.Az “khamenei.ir” saytına istinadən xəbər verir ki, "Zəhmətkeşlər günü" münasibətilə görüş bu gün Tehranda İmam Xomeyni adına hüseyniyyədə baş tutub. Görüşdə çıxış edən Ayətullah Xamenei Şəban ayının 15-i İmam Zaman (ə.f) ağanın mövlud günü münasibətilə Əhli-beyt (ə) aşiqlərini təbrik edib. Şəban ayının 15-i gələcəyə ümidin təcəssümü və Sahibəz-Zamanın (ə.f) əli ilə dünyanın islahı üçün verilmiş İlahi vədəyə ümidvar olmaqdır." Ayətullah Xamenei bildirib ki, bu gün İslam Respublikası ilə mübarizə üçün hazırlanmış əsas plan iqtisadi müharibədir. “Bu müharibəyə qarşı mübarizənin yeganə yolu İran istehsalı olan məhsulları dəstəkləmək, daxili potensialı, gücü artırmaq və əcnəbilərin əlinə göz dikməməkdədir. Hökumət rəsmilərinin və məsul şəxslərin başlıca vəzifəsi sahibkarlar və işçilərin qarşısında olan problemləri həll etmək, istehsal müəssisələrinin istehsal potensialını artırmaqdır. Xalqın öhdəliyi isə yerli istehsal olmuş məhsulları almaq üçün qətiyyətli qərar qəbul əməl etməkdir”. İstehsal sahəsi üçün işçi qüvvəni, xüsusi ilə fəhlələri böyük sərvət adlandıran Ali Rəhbər bildirib ki, İrandakı işçi qüvvənin ən önəmli xüsusiyyətindən biri budur ki, onların düşüncə, motivasiya və yaradıcılıq qabiliyyəti dünya ilə müqayisədə daha yüksəkdir. Ayətullah Xamenei bildirib ki, İran məhsullarını dəstəkləmək fəhlələrin işsiz qalmamasının, təhsilli gənclərin isə işlə təmin olunmasına şərait yardacaq. “Bu həm də düşmənlərin iqtisadi müharibəsi ilə mübarizənin ən təsiredici və ən yaxşı yoludur. Çünki onlar artıq başa düşüblər ki, hərbi müharibədə bizə qələbə çala bilməyəcəklər.” ABŞ-ın regionda yaratdığı müharibə və gərginliklərdən danışan Ali Rəhbər bildirib ki, Qərbi Asiya bölgəsindən çıxması gərəkli biri varsa, o, ABŞ-dır, İslam Respublikası yox. Necəki bir neçə il öncə dedim "Vur-qaç" dövranı artıq bitib. İran İslam Respublikası bu regionda yaşayır, Fars Körfəzi, Qərbi Asiya bizim evimizdir, amma siz burda əcnəbisiz. Öz fitnə, xəbis məqsədlərinizə görə bura gəlibsiz. Buranı tərk etməlisiz və tərk edəcəksiz. Bunu bilin ki, bu regiondan ayağınız kəsiləcək. Onlar bilirlər ki, İranla hərbi müharibəyə girişsələr, bir neçə dəfədən də artıq ziyan görəcəklər. Artıq bunu anlayıblar. Bu səbəbdən onların hal-hazırda diqqəti İrana qarşı iqtisadi və mədəni müharibəyədir. İran İslam Respublikasi ilə iqtisadi müharibə otaqları isə ABŞ-ın Xəzinədarlıq Departamentidir.” Ayətullah Xamenei deyib ki, mən dünya ölkələri ilə əlaqələrin kəsilməsinin tərəfdarı deyiləm, lakin digər ölkələrdən asılı qalmağın səhv olduğunu bildirirəm. “Biz ayıqlıq, ciddiyyət və zirəkliklə dünya ilə əlaqələrimizi qorumalıyıq. Bilməliyik ki, Dünya ABŞ-dan və bir neçə Avropa ölkəsindən ibarət deyil. Dünya böyükdür və müxtəlif ölkələrlə əlaqərimizi qurmalıyıq.” Ayətullah Xamenei deyib ki, dünya ölkələri ilə əlaqə qurmaq o demək deyil ki, əcnəbilərdən asılı qalıb onların əlinə göz dikəsən. “Biz gözümüzü öz daxili işçi qüvvəmizə dikməliyik. Əgər xalq və məsul şəxslər ölkənin daxili potensialına söykənərək problemləri həll etsələr, o zaman problemlərə daha dözümlü olacaqlar. Bu səbəbdən, rəsmilər ehtiyaclarını təmin etmək üçün əcnəbilərdən asılı olmamalıdırlar.” Ayətullah Xamenei bildirib ki, ABŞ-ın müstəqil və azadlıq sevər İran İslam Respublikası ilə mübarizə metodlarından biri də, regionun bəzi ağılsız dövlətlərini qızışdıraraq, bölgədə ixtilaf və gərginlik yaratmaqdır. ABŞ çalışır ki, İran İslam Respublikasının əleyhinə Səudiyyə Ərəbistanını və bəzi digər ölkələri qızışdırsın. Əgər onların ağlı olsa, ABŞ-a aldanmamalıdırlar. Ayətullah Xamenei ABŞ-ın İran İslam Respublikası ilə mübarizə xərclərini region ölkələrinin boynuna yıxdığını bildirib və regionun bəzi ölkələrinə xəbərdarlıq edib. “Əgər onlar İran İslam Respublikası ilə üzbəüz gələrlərsə, əmin olsunlar ki, möhkəm cavab alacaqlar və məğlub olacaqlar.” Oxşar xəbərlər
|