Ayətullah Xamenei 700-dən çox məhbusu əfv etdi
Mьəllif: admin1
Tarix: 1-05-2018, 22:45
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei 700-dən çox məhbusu əfv etdi
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamnei Şəban ayındakı mövlud günləri (İmam Hüseyn (ə), İmam Səccad (ə), Həzrət Abbas (ə) və İmam Zaman (əf) mövlud günü) münasibətilə həbsdə olan 715 nəfərin əfv olunması barədə fərman imzalayıb.

Maide.Az "leader.ir" a istinadən xəbər verir ki, Əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani Şəban ayındakı mövlud günləri (İmam Hüseyn (ə), İmam Səccad (ə), Həzrət Abbas (ə)və İmam Zaman (əv) mövlud günü) münasibətilə Ali Rəhbərə məktubla müraciət etmişdi. Məktubda 715 məhbusun əfv edilməsi və ya cəzasının geridə qalan hissəsinin bağışlanması xahiş olunurdu.

Ayətullah Xamenei məhz həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031