Ali dini rəhbər: “Tramp böyük qələt etdi!”
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei mayın 9-u səhər saatlarında Tehranın Fərhəngian Universitetinə gəlib, bu universitetin müəllimləri, tələbələri və rəhbərləri ilə yanaşı, Təhsil Nazirliyinin bəzi məsul rəsmiləri ilə görüşüb.
Deyerler.org Təsnimə istinadən xəbər verir ki, Ali dini rəhbər burada etdiyi çıxışında ABŞ-ın prezidenti Donald Trampın İran ilə nüvə müqaviləsindən çıxması ilə bağlı açıqlamasına da reaksiya verib: “ABŞ prezidentinin dünən axşam sadə sözlərini eşitdiniz. Bəlkə 10-dan çox yalan söylədi. Həm İslam nizamını, həm də İran millətini təhdid edib. Mən İran milləti tərəfindən Trampa böyük qələt etdiyini söyləyirəm. Nüvə məsələnin bir bəhanə olduğunu gördünüz. Bu məsələ ilk başlayanda bəzi dostlar, "nüvə məsələsi üzərində niyə bu qədər dayanırsınız" deyirdilər, amma indi bu fikrin nə qədər səhv olduğunu görürsünüz. Bizim hər il 20 min meqavatt atom enerjisinə ehtiyacımız var, amma məsələ budur ki, ABŞ-ın İranla olan problemi daha böyükdür, atom enerjisi sadəcə bir bəhanədir. Biz müqaviləni qəbul etsək də, onların bizə qarşı düşmənçiliyi sona çatmadı. İndi də bizim bölgədə olan gücümüzü və raketlər məsələsini gündəmə gətirirlər. ABŞ-ın bizə qarşı olmasının səbəbi, İslam Respublikasının onların İranda olan mövcudluğuna son qoyması olduğunu bilməlisiniz”. Oxşar xəbərlər
|