Təcili: Yəmən "Ənsarullah"ı Ər-Riyadı vurdu
İslamazeri.com xəbər verir ki, Səudiyyə rejiminin Yəmən xalqına hücumuna cavab olaraq Ər-Riyada atılan raketlər Patriot Havadan Müdafiə Kopmpleksi tərəfindən zərərsizləşdirilə bilməyib.
Belə ki, sosial şəbəkələrdə Yəmən "Ənsarullah"ının atdığı raketlərin necə Ər-Riyadda yanacaq doldurma mərkəzini vurmasını əks etdirən video paylaşılıb. Qeyd edək ki, səudiyyəli dövlət rəsmiləri partlayışı təsdiqləsələrdə, bunun raketlə olduğunu təkzib ediblər. Lakin reuters Ər-Riyadda 4 partlayışın olmasıyla bağlı məlumat yayıb. Həmçinin Yəmənin "almasirah" portalı da, Yəməndən Səudiyyənin Ər-Riyad şəhərində iqtisadi nöqtələrin vurulmasıyla bağlı xəbər yayımlayıb. Bundan başqa Yəmən saytları, o cümlədən Livanın "almanar" telekanalının rəsmi saytı, Ər-Riyada atılan raketlərdən bir saat sonra, Səudiyyənin Nəcrandakı hərbi bazasının Bədr1 raketilə vurulmasıyla bağlı xəbər verib. Oxşar xəbərlər
|