Qorbaçova SSRİ-nin dağılma məktubunu aparan Ayətullahdan Trampa mesaj: Kafir olsan belə...
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam Respublikasının böyük din alimlərindən olan Ayətullah Cavad Amuli ABŞ prezidentinin İranla nüvə sazişindən çəkilməsinə münasibət bildirib.
O Qurani-Kərimin təfsiri dəsrsində bu məsələyə toxunaraq insanların verdiyi sözün üstündə durmasının vacibliyini bildirərək, İslamın bu məsələyə böyük önəm verdiyini deyib. "Qurani Kərimdə qarşı tərəfin razılışmanı ləğv etmədiyi halda, sizin də razılaşmaları yerinə yetirməyinizin vacib olduğu bildirilir. Fəqət düşmən əhdini pozduğu zaman artıq durum dəyişir", -deyə Ayətullah Cavad Amuli qeyd edib. ABŞ-ın nüvə razılaşmasını pozmasıyla beynəlxalq aləmdə öz etibarını itirdiyini qeyd edən Ayətullah Cavad Amuli "İmam Hüseynin (ə) Aşura günündə "dininiz yoxdursa azad insanlar kimi olun" demişdi. Bu o deməkdir ki, ey Tramp! Kafir olsan belə sözünə əməl et!", -deyə bildirib. Böyük İslam alimi Trampın xristian olmasıyla bağlı iddialarını yalan adlandıraraq, onun heç bir dinə bağlı olmadığını deyib. "Razılaşmada verilən sözü tutmaq insanlıq qanunlarındandır. Bunun din və ya məzhəblə əlaqəsi yoxdur. Mən o vaxt demişdim ki, XİN rəhbəri Dr. Zərifə "Amerikalı rəsmilərlə əl ilə görüşən zaman belə, barmaqlarını sayın." Bu bir zarafat deyil, həqiqətdir.", -deyə İslam Respublikasının böyük din alimlərindən olan Ayətullah Cavad Amuli önə çəkib. Qeyd edək ki, İmam Xomeyninin xüsusi məktubunu SSRİ-nin son rəhbəri Mixail Qorbaçova məhz Ayətullah Cavad Amuli aparmışdı. Məktubda SSRİ-nin dağılması və başqa açıqlamalar sonradan geniş müzakirələrə səbəb olmuşdu. Oxşar xəbərlər
|