Hizbullahın müttəfiqi Livan Parlamentinin sədri oldu
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Livanın yeni parlamentinin ilk iclasında Nəbih Berri bir daha bu ölkə parlamentinin sədri seçilib.
Livanın yeni parlamentinin iclası bu orqanın sədri və katiblik heyətinin seçilməsi üçün bu gün parlamentin ən yaşlı nümayəndəsi Mişel Elmerin sədrliyi ilə keçirilib və Nəbih Berri 98 lehinə, 29 ağ və bir ləğv olunmuş səslə altıncı dəfə bu ölkə parlamentinin sədri seçilib. Livan qanunlarına görə, parlamentin sədrliyi şiələrin üzərinə düşür və bu ölkə prezidenti maronit xristian, baş nazir isə sünni olmalıdır. Livan parlament seçkiləri beş il fasilədən sonra 2018-ci il mayın altısında keçirildi və bu parlamentin 128 yerinin taleyi məlum oldu. Yeni parlament bu gün özünün ilk iclasını keçirib. Parlamentin təşkilindən sonra Livan prezidenti gələcək baş nazirin təqdim olunması üçün parlament fraksiyaları ilə məşvərətlərə başlayacaq. Livan parlament sisteminə malikdir. Prezidentin seçilməsi parlamentin üzərinə düşür. Dövlət də parlamentin daxilindən və onda mövcud olan koalisiyaların tərkibinə əsasən formalaşır. Oxşar xəbərlər
|