Ayətullah Cəfər Sübhani: “ABŞ-ın nüvə müqaviləsilə bağlı mövqeyi Quranın proqnozu idi”
Böyük İslam alimi ayətullah Cəfər Sübhani, Qurani Kərimin 14 əsr əvvəl Amerika kimi zalımların davranışını nəzərdə tutduğunu bildirib.
Deyerler.org İslam saytına istinadən xəbər verir ki, Ayətullah Sübhani belə deyib: “Quran 14 əsr əvvəl müşriklərin dili və qəlbinin bir olmadığını və gücləndikləri vaxt sözlərinə əməl etməyəcəklərini buyurur”. Amerikanın Əhatəli Birgə Fəaliyyət Planı (JCPOA) nüvə müqaviləsindən çıxmasının bunun ən konkret dəlili olduğunu qeyd edən Ayətullah Sübhani, Quranın 14 əsr əvvəl müsəlmanları sözünün üstündə durmayan ciddi hesab etməmə və onlara ümid bağlamama mövzusunda xəbərdar etdiyini bildirib. “İranlı müzakirəçilər də qarşı tərəfin insani faktorları heç vaxt vecinə almayan zümrə olduğunu unutmamalıdır”. Oxşar xəbərlər
|