Təbrizin imam-cüməsi ruhani məhbuslarla bağlı İlham Əliyevə müraciət edib
Mьəllif: admin1
Tarix: 25-05-2018, 17:13
Bцlmə: Xəbərlər
Təbrizin imam-cüməsi ruhani məhbuslarla bağlı İlham Əliyevə müraciət edib
“Mən Azərbaycanın prezidentindən istəyirəm ki, mübarək ramazan ayının hörmətinə xatir aralarında bir sıra ruhanillərin də olduğu islamçı məhbusların azadlığını təmin etsin”

İslaminSesi.info İran mətbuatına istinadla xəbər verir ki, bunu Təbrizin imam-cüməsi höccətül-islam Seyid Məhəmmədəli Ali-Haşim deyib.

Tərbizin imam-cüməsi Təbrizdə bu günkü cümə namazı xütbələrində Azərbaycanda 630 məhbusun əfv edilməsi ilə bağlı imzalanan sərəncama toxunub və prezidentdən istəyib ki, din xadimləri və ruhaniləri də azad etsin.

Seyid Məhəmmədəli Ali-Haşim 630 nəfərdən yalnız 10 nəfərin dindar məhbus olduğunu önə çəkərək İlham Əliyevdən mübarək ramazan ayını nəzərə almağı istəyib və ruhanilərin azad edilməsinin vacib olduğunu vurğulayıb.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031