Məhəmməd bin Salmanın yaralandığı təsdiqləndi
Səudiyyə rejiminin kralı Salman bin Əbdüləzizin keçmiş vəliəhdi şahzadə Məhəmməd bin Nayif, kralın oğlu Məhəmməd bin Salmanın Əl-Hazami bölgəsindəki hadisələrdə yaralandığını təsdiq edib.
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Məhəmməd bin Nayif şəxsi Twitter səhifəsində belə bir mesaj paylaşıb: “Məhəmməd bin Salmanın dünən dərc olunan şəkli köhnədir və o, Əl-Hazami bölgəsindəki hadisədən sonra media qarşısına heç çıxmadı. Onun Əl-Cəvhərə stadionuna gəlməsi qərarlaşdırılmışdı, amma gəlmədi. Onun adı keçən hadisədə yaralanması ilə bağlı mətbuatda gedən xəbərlər doğrudur. Aldığı yara canına təhlükə yaratmır, amma əgər yaralandığı açıqlansa, onun fəaliyyətinin gedişatı üçün təhlükəli ola bilər”. Oxşar xəbərlər
|