Beynəlxalq təşkilatlar: Yəmən müharibəsi uşaqlara qarşı aparılan müharibədir
Mьəllif: admin1
Tarix: 30-05-2018, 21:25
Bцlmə: Xəbərlər
Beynəlxalq təşkilatlar: Yəmən müharibəsi uşaqlara qarşı aparılan müharibədir
Beynəlxalq “Uşaqları xilas edək” (Save the Children) təşkilatının rəhbəti Susana Kryuger, Yəmənin Sana şəhərinə və cənub rayonlarına baş çəkərək, bu ölkədə fövqəladə vəziyyəti, dünyanın ən böyük humanitar böhranı adlandırmışdır.

Yəməndə olan aclıq və xəstəlikləri, Səudiyyə Ərəbistanının və onların müttəfiqləri tərəfindən olan bombardmanların nəticəsi olduğunu bildirib. O, qeyd edib ki, BMT Yəmən xalqına kömək etməlidir.

İrlandiya qazeti “The Irish Times“ son vaxtlar, BMT-dən asılı olan üç təşkilatın, Yəməndə humanitar böhranının olması haqqında bəyanatlarına işarə edir.

"Deyerler.org"un "Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, siyasi analitiklər Yəmən xalqının, xususən də uşaqların Səudiyyə rejimi tərəfindən kütləvi qətillərini xarakterizə edərək, ən dəhşətli terror aktı adlandırmışdır. Səudiyyə rejiminin bu ölkəyə hücumlarından sonra, beynəlxalq orqanların xəbərdarlığı, bu ölkədə humanitar böhranın nə qədər ağır olmasını göstərir.

2015-ci ilin mart ayının 26-da, Səudiyyə Ərəbistanı və müttəfiqləri, Yəmənə qarşı aviasiya və arsenal hücumlarına başlamışdır. Bu hücumlar nəticəsində, nəinki həyati əhəmiyyətli infrastrukturlar və xəstəxanalar dağıdılmışdır, bu, 12 min yəmənli qadın və uşağın həyatına son qoymuşdur.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031