Trampdan daha bir biabırçılıq: Həlak olan əsgərlərin anım günündə başsağlığı əvəzinə təbrik mesajı yaydı
Mьəllif: admin1
Tarix: 30-05-2018, 21:34
Bцlmə: Xəbərlər
Trampdan daha bir biabırçılıq: Həlak olan əsgərlərin anım günündə başsağlığı əvəzinə təbrik mesajı yaydı
ABŞ ordusunda xidmət zamanı həlak olmuş əsgərlərin anım günündə, Tramp öz yersiz hərəkətiylə cəmiyyətdə qınaq və məsxərə obyektinə çevrilib.

"Deyerler.org"un "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, Vaşinqtonda keçirilən təntənəli matəm mərasimində, ABŞ prezidenti iştirak edib. Mərasimdə, hərbi nümayəndələr, xarici vətəndaşlar və tələbələr iştirak edib.

Anım günüylə bağlı Tramp tvitterdə bunları yazıb:“Anım günü münasibətilə hər kəsi təbrik edirik! Vətən yolunda canını qurban verənlər, ölkəmizin indiki vəziyyətdə durumunu görüb, xoşbəxt və qürurlu olardılar. Ötən on il ərzində biz güclü iqtisadiyyta sahib olmuşuq. Afroamerikanlar və ispandillilər arasında, işsizliyi ən aşağı həddə salmağa nail olmuşuq. Ötən 18 il ərzində, qadınlar arasında işsizliyi, ən aşağı səviyyəyə endirmişik. Ordumuzun yüksəlməsi və digər başqa nailiyyətlərimiz çox yaxşıdır”.

Müharibə veteranlar birliyi təşkilatları, cavab olaraq, Trampın sözlərinə sərt şərhlər veriblər. 500 000 min veteran ailəsini əhatə edən Vote Vets təşkilatı, Trampın sözlərinə belə cavab verib: “Bu, anım günü tarıxındə ən layiqsiz verilən bir mesajdır. Dəhşətlisi budur ki, hüzn və anım günündə prezident özünü reklam etməklə məşğuldur, anım günü münasibətiylə “təbrik edir”.

Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930